Ceyhun Bayramov Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib - FOTO

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib.

Musavat.com-un məlumatına görə, bu barədə xarici siyasət qurumunun “X” hesabında məlumat verilib.

Bildirilir ki, nazir qonaqlar kitabına imza atıb.

Xatırladaq ki, C.Bayramov səfər çərçivəsində BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Al Nəhyan ilə görüşüb. Görüş zamanı Azərbaycan və BƏƏ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

31.10.2023 14:43
356