Ceyhun Bayramov Çexiyaya yola düşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Çex Respublikasının xarici işlər naziri Yan Lipavski və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

22.04.2024 22:10
422