Ceyhun Bayramov Brüsselə getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər zamanı C.Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

10.12.2023 21:44
424