Ceyhun Bayramov Bayden ilə görüşüb - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Cozef Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" səhifəsində paylaşım edilib.

Qəbul çərçivəsində nazir ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.

21.09.2023 19:39
2574