Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Toplantısı çərçivəsində “İnsan hüquqları sahəsində yeni və yaranan çağırışlarla qarşı qarşıya – gələcək artıq buradadır” adlı dəyirmi masada iştirak edib.

Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslandiyada Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edir.

17.05.2023 00:01
351