Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib.
Musavat.com-un xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi tviter səhifəsində məlumat verilib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın sədrliyi ilə, ATƏT-ə üzv dövlətlərin daimi nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada iştirak edib. ATƏT-in əməkdaşlıq gündəliyi və Azərbaycanla Ermənistan arasında postmünaqişə dövrünə aid məsələlərlə bağlı səmərəli müzakirələr aparılıb”, - paylaşımda qeyd olunub.