Ceyhun Bayramov AÇIQLADI: "Ermənistanın bu tələbi əsassızdır, heç bir təminat olmayacaq"

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər üçün xüsusi təhlükəsizlik təminatına ehtiyac olmadığını bildirib.

Musavat.com xəbər verir ki, Bayramov bu barədə “Reuters”ə verdiyi müsahibədə deyib. O, bununla bağlı Ermənistanın tələbinin əsassız olduğunu vurğulayıb:

“Belə təminatlara ehtiyac yoxdur və tələb Azərbaycanın daxili işlərinə qarışmağa bərabərdir”.

Musavat.com

23.06.2023 12:46
1427