Cevdet Yılmaz: Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqazdakı ən böyük problemi aradan qaldıracaq

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Cənubi Qafqazdakı ən böyük problemi aradan qaldıracaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

“Sülh nəqliyyat, kommunikasiya xətlərinin açılmasına, bu da öz növbəsində regional əməkdaşlığın artmasına böyük töhfə verəcək, özü ilə yeni fürsətlər gətirəcək”, - o qeyd edib.

06.07.2024 15:53
455