"Mən ötən gün özüm maşınla hərəkətdə olarkən, qarşıdakı maşınları 15-20 dəqiqə müşahidə etdim. Demək olar ki, 6-7 maşından adamlar siqareti çəkdi, atdı yola. O yolu təmizləyən onun anasıdı, xalasıdı, nənəsidi. Bu siqareti avtomobili içində söndürüb, bir qabın içinə də qoya bilər. Amma o, rahatlıqla zibili çölə atır. Belə məsələlərdə cərimələr başa düşüləndir. Elə məsələlər var ki, orada cərimələrin olmağı absurddur.
Musavat.com xəbər verir ki, bu sözləri "Tv Müsava"ın canlı efirində Böyük Qurtuluş partiyasının sədri, deputat Fazil Mustafa "Tv Musavat"ın canlı efirində deyib.
O, Milli Məclisin son plenar iuclasında qəbul edilmiş cərimələrdən və mövcud cərimələrin artırrılmasından danışıb.
Verilişdən həmin hissəni təqdim edirik.
Musavat.com