Cənubi Koreyada meşə yanğınları getdikcə böyüyür.
Musavat.com xəbər verir ki, yanğınlarla əlaqədar 300 nəfər təxliyə edilib.
Qeyd edək ki, yanğın Cənubi Koreyanın Qanqvon əyalətinin Qanqneunq şəhərində baş verib. Güclü külək səbəbindən sürətlə yayılan yanğında riskli bölgələrdə olan 300 nəfər təxliyə edilib.
Yanğınsöndürənlərin alova nəzarət etmək üçün işlərini davam etdirdiyi, külək səbəbindən yanğına havadan müdaxilənin mümkün olmadığı bildirilib.
Musavat.com