Cənubi Koreya Şimali Koreya ordusunu Ukraynada izləyəcək

Cənubi Koreya Şimali Koreya hərbçilərinin Ukraynada olmasına nəzarət etmək üçün o ölkəyə xüsusi qrup göndərəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Röyter” agentliyinə Cənubi Koreya hökumətinin nümayəndəsi məlumat verib.

Anonim məmurun sözlərinə görə, rəsmi Seulun fikrincə, Rusiya-Ukrayna münaqişəsində Rusiya tərəfindən iştirak edə biləcək Şimali Koreya qüvvələrinin mümkün yerləşdirilməsinin təhlili üçün bir qrup mütəxəssisdən istifadə olunacaq.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden deyib ki, əgər KXDR hərbçiləri Ukraynada Rusiyanın tərəfində döyüşürsə, o zaman Kiyev onlara zərbə endirməlidir.

Kreml rəsmisi Dmitri Peskov isə KXDR-dən olan hərbçilərin Kursk vilayətində olması ilə bağlı yayılan məlumatları şərh edib və bildirib ki, Rusiya prezidenti Vladimir Putinin bu mövzu ilə bağlı yekun mətbuat konfransı zamanı dediklərinə əlavə heç nə yoxdur.

Musavat.com

30.10.2024 13:14
301