“Cənubi Koreya KXDR-də mövcud düzənin təhlükəsizliyinə və qorunub saxlanmasına təminat verə bilməz, lakin rejimin məcburi dəyişdirilməsini də istəmir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir Cənubi Koreya prezidenti Yun Sok-Yolun vəzifəyə başlamasının yüz günü münasibətilə keçirilən mətbuat konfransında səsləndirilib.
“Rejimin qorunmasına təminat? Cənubi Koreya hökuməti bunu təmin edə bilməz, lakin mən və ya hökumətimiz Şimali Koreyada status-kvonun kəskin şəkildə və ya zorakılıqla dəyişdirilməsini istəmirik”, - deyə o bildirib.
Yun Sok-Yolun fikrincə, Seul üçün ən vacib şey iki respublika arasında sülhdür, lakin əgər KXDR Cənubi Koreyanın iqtisadi və ya diplomatik yardımı sayəsində öz-özünə dəyişsə, o zaman bu cür dəyişiklikləri yalnız alqışlaya bilər.
Musavat.com