Cənubi Afrikanın Yohannesburq şəhərində əyləncə məkanına silahlı hücum nəticəsində azı 14 nəfər həlak olub.
Musavat.com “qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Yohannesburq polisi məlumat yayıb.
Polisdən verilən açıqlamada Soveto rayonunda baş verən hadisədə 14 nəfərin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilib.
Hadisə yerində araşdırmaların davam etdiyi paylaşılıb.