Cennifer Morqan: Bakıdan çağırış bizi yeni yanaşmaya sövq edə bilər

Bakıdan çağırış iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılmasına yönəlmiş fəaliyyətlərin gücləndirilməsi üçün səyləri birləşdirə bilər.

“Report” xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclasında çıxışında deyib.

"Bakı çağırışı bizi yeni yanaşmaya, münaqişəyə məruz qalan regionlardan olan hökumətlər, icmalar, yerli subyektlər və müvafiq BMT qurumları ilə tərəfdaşlığa sövq edə bilər. Eyni zamanda, konkret şərtlər nəzərə alınmaqla iqlim dəyişikliyinə dayanıqlılıq üzrə ümumi baxışlar əsasında hazırlanmış proqramların birgə tərtibinə və investisiya layihələrinin hazırlanmasına sövq edə bilər. Dayanıqlılığın artırılması üzrə layihələr birgə, iqlim dəyişikliyinə davamlı və münaqişələrə həssas inkişaf üçün nəyin lazım olduğunu nümayiş etdirməyə çağırır", - o qeyd edib.

15.11.2024 12:18
224