Cennifer Layke: "COP29-a ev sahibliyi edən Azərbaycanın yaşıl enerji istehsalı potensialı böyükdür"

"COP29-a ev sahibliyi edən Azərbaycanın da yaşıl enerji istehsalı potensialı böyükdür. Ölkədə yaşıl enerjinin istehsalı istiqamətində layihələrin həyata keçirilməsi təqdirəlayiqdir. Alternativ enerji mənbələrinin inkişafı atmosferə karbon qazının atılmasının qarşısını əsaslı surətdə alır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Resursları İnstitutunun Enerji üzrə qlobal direktoru Cennifer Layke COP29 çərçivəsində Çinin milli pavilyonunda alternativ enerjinin inkişafına həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Cennifer Layke əlavə edib ki, sıfır emissiyaya nail olmaq üçün yaşıl enerji mənbələrini inkişaf etdirmək və bu enerji növünün istehsalına yatırılan sərmayənin həcmini artırmaq lazımdır. O, həmçinin bildirib ki, Çin yaşıl enerji istehsalı üzrə dünyanın qabaqcıl dövlətlərindən biridir və karbonsuzlaşmaya köklü şəkildə yardım etmək üçün təcrübəsini paylaşa bilər.

14.11.2024 02:53
480