Türkiyənin Kayseri şəhərində cənazə daşıyan maşının aşması nəticəsində 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Musavat.com xəbər verir ki, əldə edilən məlumata görə, İstanbuldan Sivasın Gürün səmtinə cənazə aparan avtomobil Kayseri-Malatya yolunda aşıb.
Xəbərdarlıq üzərinə qəza yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları sövq edilib.
Qəzada həyatını itirən 2 nəfərin cəsədi ilə avtomobildə olan cəsəd Pınarbaşı Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Musavat.com