"Sən niyə susursan" filminin baş rola çəkilən aktrisa illər sonra görünüb.
Cəmilə rolunu ifa edən aktrisa Rəna Səlimova ATV-nin “Xəbərin olsun” proqramına müsahibə verib.
Aktrisa uzun müddətdir niyə kinoya çəkilmədiyinə aydınlıq gətirib. O bildirib ki, 1963-cü ildən filmlərdə rol alıb. Bir müddət sonra onu filmlərə çəkmək istəyiblər:
"Deyirdilər Rəna kinonun yarısından çıxıb gedir, camaat pul verirdi çəkilsin, mən isə özüm kinodan qaçırdım".
Aktrisa deyir ki, "Mən ki gözəl deyildim" filimində də baş rola çəkiləcəkmiş. Lakin baş verən qəza buna imkan verməyib:
"Birinci gün Lənkərana gedəndə qayığın içində partlayış oldu. 5 nəfər öldü, Rasim Ocaqov sağ çıxdı. 1 il sonra başqa rejissor və aktyorlarla həmin film çəkildi. Mənim yerimə də Xuramanı çəkdilər".
Aktirsa bugünükü sənətçilərdən razı olmadığını dilə gətirib. O deyib ki, indiki aktyorlar qışqırırlar, mən heç onlara baxmıram.//Metbuat.az