Cem Yılmaz qəzaya düşdü

Komediya aktyoru Cem Yılmaz “Erşan Kuneri” filminin çəkilişləri bitdikdən sonra Bodrumda tətilinə davam edib.

Musavat.com Haber Global-a istinadən xəbər verir ki o, ötən gecə yol qəzası keçirib.

Yılmazın idarə etdiyi “Mercedes” markalı avtomobili taksi ilə toqquşub. Qəza nəticəsində nəqliyyat vasitəsi zədələnsə də, gülüş ustası xəsarət almayıb.

Yılmazın yayın sonuna qədər Bodrumda qalacağı bildirilir. İllərdir tətilini məhz buradakı bağ evində keçirən aktyorun yeni serial üzərində çalışmağa başladığı iddia edilir.

Toğrul İSMAYIL,
Musavat.com

24.07.2022 16:45
983