Cem Yılmaz lüks villasını REKORD QİYMƏTƏ satışa çıxardı

Türkiyənin tanınmış komediya ustası Cem Yılmaz Leventdəki lüks villasını satışa çıxarıb.

Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" məlumat yayıb.

Qeyd olunub ki, komediya ustası villasına 100 milyon lirə (5650000 AZN) qiymət qoyub.

Məlumata görə, Yılmaz daşınmaz əmlak agentindən məsələnin məxfi saxlanmasını istəyib.

Musavat.com

14.01.2024 17:43
1440