Çelyabinskdə yeniyetmənin ölümünə görə 7 miqranta hökm oxunub

Rusiya Federasiyasının Çelyabinsk vilayətində məhkəmə 17 yaşlı yeniyetməni qətlə yetirməkdə təqsirli bilinən 7 miqrant və bir yerli sakin haqqında hökm çıxarıb.

Musavat.com Lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (ICR) regional idarəsindən məlumat verilib.

Dörd Tacikistan vətəndaşı doqquz il yarımdan 18 ilədək ağır və ümumi rejimli koloniyada cəza çəkməyə məhkum edilib. Onlar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213 və 105-ci maddələri ilə təqsirli biliniblər. Qalan təqsirləndirilən şəxslərə ümumi rejimli koloniyada 4 il yarımdan 5 il yarımadək azadlıqdan məhrumetmə cəzası verilib. Həmçinin dörd müttəhimin hər birinin öldürülən məktəblinin ailəsinə 1,25 milyon rubl məbləğində kompensasiya ödənilməsinə dair də qərar çıxarılıb.

İstintaqın məlumatına görə, 2023-cü il aprelin 9-da axşam saatlarında bir qrup gənc Çelyabinskdə ticarət-əyləncə komplekslərindən birinin yaxınlığındakı dayanacaqda olarkən bir qrup yerli sakinə hücum edərək onları dəmir çubuqlarla döyməyə və daş atmağa başlayıb. Nəticədə zərərçəkənin ürəyinə bıçaq xəsarəti yetirilib.

Onu da qeyd edək ki, bu hadisə “Krokus Siti” əyləncə mərkəzində törədilmiş terror aktından 15 gün sonra baş verib. O zaman teraktı törədənlərin taciklər olması üzündə Rusiya Federasiyasının bir çox yerində tacik millətindən olan şəxslərin üzərinə hücuma keçirdilər. Bu hadisə də həmin zəmində baş verib və nəticədə “Krokus” terrorçuları ilə yanaşı daha dörd tacik ağır həbs cəzası alıb.

Musavat.com

28.10.2024 13:05
284