Çelyabinsk: Məktəb insidentində "Krokus" izi - Romanın hekayəsi

Çelyabinskdə 68 saylı məktəbdə sinif yoldaşlarına və müəlliminə hücumdan sonra saxlanılan yeniyetmə Roman hələlik istintaqla ünsiyyət qura bilmir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu, onun şok vəziyyətində olması və cinayət zamanı aldığı psixoloji travma ilə bağlıdır.

Məlum olduğu kimi, əvvəllər Romanın əqli sapmaları olub və o, həkim tərəfindən müşahidə olunub. Bundan başqa, ilkin məlumata görə, o, “etibarsız”lar siyahısına salınıb – “Crocus City Hall” konsert zalında baş verən terror aktından sonra o, radikal mövzulardan, intihar məsələlərindən danışırmış.

Son məlumata görə, sinif yoldaşlarına edilən hücumdan sonra yeniyetmə həyatına son qoymağı xahiş edib. O, intihara cəhd xarakterli xəsarətlərlə məktəb tualetində Rusiya qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb.

Roman məktəbə gəldiyi vaxt detektor təhlükəli yükə - çəkic, bıçaq və pnevmatik tapançaya reaksiya verməyib.

O, ikinci dərsin əvvəlində bir yeniyetməyə hücum edib. Onun hərəkəti nəticəsində bir neçə nəfər xəsarət alıb.

Musavat.com

16.09.2024 15:02
410