Türkiyədə professoru amansızlıqla qətlə yetiriblər.
Türkiyənin Mersin vilayətinin Bozyası mahalındakı kimsəsiz ərazidəki çəlləkdən meyit tapılıb. Araşdırmalar nəticəsində meyitin Selçuklu Universitetinin professoruna aid olduğu üzə çıxıb.
Əl-qolu bağlı halda çəlləyə salınan professorun qatilləri tapılmayıb. Onun hansı səbəbdən öldürülməsinə dair hər hansı iz yoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir./Milli.Az