Cəlilabadlı kişi Dağıstanda faciəvi şəkildə öldü

Cəlilabad rayon sakini Rusiyanın Dağıstan Respublikasında baş verən bədbəxt hadisə nəticəsində ölüb.

Musavat.com report-a istinadən xəbər verir ki, hadisə respublikanın Qarabudaqkənd rayonunda qeydə alınıb.

Belə ki, hadisə tikilməkdə olan binaya beton örtüyü tökülən zaman baş verib. Nəticədə Cəlilabad rayonunun Təklə kənd sakini 1997-ci il təvəllüdlü Hilal Həsənov uçqun altında qalaraq dünyasını dəyişib.

Mərhum doğulduğu Cəlilabad rayonunda dəfn olunub.

01.10.2023 13:58
868