Cəlilabadın Göytəpə şəhərindəki yanğın söndürülüb- SON VƏZİYYƏT


Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Musavat.com xəbər verir ki, hazırda ərazidə FHN tərəfindən müvafiq işlər aparılır.
Hələ ki, rəsmi şəkildə dəyən ziyanla bağlı məlumat yayılmayıb. Eyni zamanda yanğının hansı səbəbdən baş verməsi də məlum deyil.

Musavat.com

21.08.2022 17:30
468