Cəlilabaddakı yanğında iki qardaş xəsarət alıb

Cəlilabad rayonunda mənzildə yanğın baş verib.

Hadisə rayonun Buravar kəndində qeydə alınıb.

Yanğın zamanı 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı - 1993-cü il təvəllüdlü Saməddin Cəfərov yanıq xəsarəti alıb. Xəsarət alan qardaşlar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

19.11.2023 18:37
370