Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "VAZ 2107" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində iki nəfər - Mübariz Aslanov və Niyaz Rəcəbov ölüb, bir neçə nəfər yaralı isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda baş verən ağır qəzada ölənlərin adları məlum olub.
APA-nın xəbərinə görə, həyatını irtirənlər sürücü Mübariz Azər oğlu Aslanov və sərnişin İslam İsaq oğlu Musayevdir.
Hər 2 meyit müayinə olunmaları üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.