Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı 4 nəfər döyülüb.
Hadisə rayonun Abışabad kəndində qeydə alınıb.
Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib. Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.//report