Cəlilabadda qardaşlar bir-birini bıçaqladı

Cəlilabadda qardaşlar bir-birini bıçaqlayıb.

Rayon sakinləri 1989-cu il təvəllüdlü Nemət Ağayev və 1993-cü il təvəllüdlü Qurban Ağayev bıçaq xəsarətləri alıb.

Hər iki yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./APA

20.08.2023 20:23
799