Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər Cənubi-Muğan kanalına düşərək boğulub.
Baş prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, dekabrın 29-da Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
17:21
***
Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Məlumata görə, rayonun Uzuntəpə kəndi ərazisində iki nəfər Cənubi-Muğan kanalına düşərək boğulub.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.//Report