Cəlilabadda çayı zibilxanaya çevirdilər, iy evlərə yayılır - FOTO+VİDEO

Cəlilabad rayonunun Alar kəndində yerləşən İncəçay hazırda zibilliyə çevrilib. Çay boyu yerləşən kəndlərin sakinləri məişət tullantılarını çaya tökdükləri üçün ortaya pis mənzərə çıxıb.

Bu barədə Musavat.com-a kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, adı İncə olan çayın incəliyindən əsər-əlamət yoxdur. Sakinlərin sözlərinə görə, dəfələrlə Cəlilabad rayon İcra Hakimiyətinə və kəndin bələdiyyəsinə müraciət edilsə də, tədbir görülməyib. Onlar bildirir ki, zibilliyə çevrilən çaydan çox pis qoxu gəlir və bu iy evlərə qədər yayılır.

Şahanə Rəhimli
Musavat.com

12.10.2024 15:05
437