Cəlilabadda ağır yol qəzası olub, xəsarət alanlar var 

Cəlilabadda ağır yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı minik avtomobili "Hyundai" markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

02.10.2023 13:33
349