Cəlilabadda 5 avtomobilin iştirakı ilə yol qəzası baş verib, xəsarət alan var

Ələt-Astara avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

Hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı "Kia" , "BMW", "Mercedes" , "Nissan" markalı minik avtomobilləri ilə "MAN" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.\\report.az

23.06.2024 01:38
638