Cəlilabadda 5 avtomobil qarda batıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Musavat.com-a verilən xəbərə görə, hadisə rayonunun Kövüzbulaq kəndində qeydə alınıb.
İçərisində vətəndaşların olduğu 5 ədəd minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.