Cəlilabadda evdə 15 gün əvvəl ölən kişinin meyiti aşkarlanıb.
Musavat.com-un "Report"a istinadən məlumatına görə, rayonun Səttarxan küçəsində yerləşən evlərdən birindən yaşlı kişi meyiti tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırma zamanı ölən şəxsin həmin evdə tək yaşayan 1955-ci il təvəllüdlü Məmmədov Məhəmməd Bəhmən oğluna aid olması məlum olub. Onun meyitində zorakılıq əlamətləri aşkarlanmayıb.
Faktla bağlı araşdırma aparılır.