Cəlilabad rayonunun Sabirabad kəndində şagird yaşadığı evdə ölü tapılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, kənd sakini, 2006-ci il təvəllüdlü İ.Fətullayevanı yaxınları halsız vəziyyətdə aşkar ediblər.
Daha sonra o, rayon xəstəxanasına aparılıb. Xəstəxanada onun artıq öldüyü məlum olub.
Hazırda mərhumun ölüm səbəbi araşdırılır.
Faktla bağlı araşdırma aparılır.