Cəlal Qurbanov itlərin hücumuna məruz qaldı - Vəziyyəti ağırdır (VİDEO)

Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.

Yaxınlarının “Qafqazinfo”ya verdiyi xəbərə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.

05.06.2022 17:17
2036