CBC telekanalı azərbaycanlıların İrəvandakı tarixi irsi haqqında sensasion sənədli film hazırlayıb - VİDEO

 
Son 30 il ərzində Ermənistanın paytaxtında bu şəhərin qurucularını və keçmiş sakinlərini unutdurmağa, azərbaycanlıları xatırladan hər şeyi məhv etməyə çalışıblar.
 
Musavat.com oxu.az-a istinadən xəbər verir ki, CBC telekanalının çəkiliş qrupu bir neçə həftə ərzində İrəvanda olub və Azərbaycan xalqına aid tarixi və mədəni obyektləri sənədləşdirməyi bacarıb.
 
Çəkilişlər əvvəllər Təpəbaşı məscidinin yerləşdiyi, hazırda isə erməni ailələrinin yaşadığı ərazidə aparılıb.
 
Fransa və Amerika investorlarının məscidin qalıqlarını azərbaycanlıların yaşadığı məhəllə ilə birlikdə sökməyi planlaşdırdığına dair faktlar aşkarlanıb.
 
Çəkiliş qrupu Pənah Xan Makinskinin oğlu Əlixanın evinə də baş çəkə bilib. Kadrlarda bir vaxtlar əzəmətli malikanənin acınacaqlı vəziyyəti əks olunur.
 
Həmçinin əvvəllər Sərdar məscidinin yerləşdiyi ərazidə də çəkilişlər aparılıb. Son vaxtlara qədər məbədi yalnız salamat qalan divar xatırladırdı. Məscidin özü isə ermənilər tərəfindən qəsdən sökülüb.
Çəkiliş qrupu İrəvandakı Göy məscidi daxildən və xaricdən lentə alıb, Əmir Səədin məqbərəsinin yerləşdiyi Cəfərabad (indiki adı - Ərgəvənd) kəndində olub.
 
Aparılan işlər nəticəsində məlum olub ki, Ermənistanda Azərbaycan xalqının mədəni irsinə aid obyektlər əsasən dağıdılıb, az sayda salamat qalanlar isə fars abidələri kimi təqdim olunur.
CBC telekanalına müsahibəsində İrəvanın indiki sakinlərinin əksəriyyəti azərbaycanlılar haqqında danışmamağı üstün tutdu və bununla da İrəvanda əvvəllər hansı millətin nümayəndələrinin yaşadığı barədə həqiqəti gizlədib.
 
Müəlliflər azərbaycanlıların İrəvandakı tarixi yaddaşının və mədəni irsinin qorunub saxlanmasının zəruriliyinə diqqət yetirməyə çağırır.
 
Filmin yaradılması CBC telekanalının baş direktoru Vüqar Xəlilovun rəhbərliyi altında həyata keçirilib.
 
Sənədli filmin tam versiyasını təqdim edirik:

 

31.10.2023 15:42
620