Çavuşoğlu İran XİN rəhbəri ilə Azərbaycana səfərini müzakirə edib

Türkiyə İrana qarşı tətbiq edilmiş sanksiyaları doğru saymır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, Türkiyə yaxın zamanlarda Nüvə sazişi üzrə danışıqların bərpa olunmasını dəstəkləyir.

Çavuşoğlu iranlı həmkarı ilə Azərbaycana səfərini, regional məsələlər, Ukrayna və Suriyadakı vəziyyəti də müzakirə edib.

27.06.2022 20:39
395