Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Əməkdar artist Cavanşir Məmmədov qəfil ürəktutmasından evində vəfat edib.
Sənətkarın qudası Bizim.Media-nın əməkdaşı ilə söhbətində bildirib ki, sənətkarın ölümü 5 dəqiqə ərzində baş verib:
“Cavanşir müəllim durduğu yerdə dünyasını dəyişdi. Demək olar ki, beş dəqiqə ərzində Cavanşir müəllimi itirdik. O, dünən toyda olub. Onunla axşam saatlarında danışmışdım. Zarafatlaşmışdıq… Səhər işə getmək istəyirdi. Çünki görəcəyi işlər vardı. Nəvəsi gedib görüb ki, babası “xırıldayır”… Allah rəhmət eləsin”.