Cavanşir Quliyev prezidenti DƏSTƏKLƏDİ

Əməkdar artist, tanınmış bəstəkar Cavanşir Quliyev fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyib.

Musavat.com xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.

"Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbini bilmirəm. Amma 100 faiz əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevi seçəcək. Mən özüm də İlham Əliyevi seçkilərdə favorit görürəm və ona səs verməyə hazırlaşıram", - deyə o bildirib.

21.12.2023 18:33
1827