Bir neçə gün öncə Türkiyədə ağır cərrahiyə əməliyyatı keçirən tanınmış bəstəkar Cavanşir Quliyevin vəziyyəti artıq yaxşıdır.
Musavat.com bildirir ki, bu barədə Lent.az-a onun yaxın dostu, rejissor Ramiz Mirzəyev məlumat verib.
"O artıq özünü yaxşı hiss edir, bu gün evə buraxılacaq. Bir neçə gün evdə istirahət etdikdən sonra Bakıya dönəcək. Hər şey yaxşıdır", - o bildirib.