“Həyat çox amansızdır və heç kimi bağışlamır. Çalışın yaşadığınız müddətdə heç kimi incitməyin".
Bu sözləri əməkdar artist Aybəniz Haşımova Cavanşir Məmmədovun vida mərasimində mərhum haqqında danışarkən deyib: "
Görürsünüz ki, Allah bir anda apara bilir. Bir gün eşidəcəksiniz ki, mən də ölmüşəm. Ona görə də bir-birinizi qoruyun. İnsan görürsünüz ki, beş dəqiqə sonra olmaya bilir.
Mən balaca uşaq idim. Cavanşir Məmmədov "Xatirə" ansamblında qarmon ifaçısı idi. Mən onu qayğıkeş gördüm. Azərbaycanın ən görkəmli sənətkarları ilə eyni səhnədə milləti, musiqi üçün çalışan insan olub. Bu günə qədər də belə idi. Çox alicənab insan idi. Allah məkanını behişt etsin"./BAKU.WS