Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.
C.Məmmədov verilişdə ölümlə bağlı verilən sualı cavablandırıb. Belə ki, Əməkdar artist əvvəl xanımının ölməsini istədiyini bildirib.
O, niyə bu fikirdə olmasının səbəbini də açıqlayıb:
"Deyəsən, Yusif Mustafayev demişdi: "Xanımım məndən tez ölsün, sonra mən ölüm". Mən də bu fikirdəyəm. Məsafə çox olmasın. Xanımımı mən özüm dəfn etməliyəm. Təbii ki, qismət olsa. Allahın işinə qarışmaq olmaz, kimə nə yazıbsa, o olacaq"./Sfera.az