Sentyabrın 14-də Bakı Apelyasiya Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Mustafa Kemal İbili arasındakı məhkəmə işinə baxılıb.
Bu barədə Əməkdar artistin özü məlumat verib. Müğənni bildirib ki, Bakı ApelLyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı və hökmünü qüvvədə saxlayıb:
"Məhkəmə prosesi bitib. Mustafa Kemal İbili dəymiş ziyanı ödəməli və əvvəlcədən də kütləvi informasiya vasitələrində üzr istəməlidir. Əgər bunu etməsə, bağışlanmayacaq”.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək, Kemal Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Mustafa Kemal İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Mustafa Kemal İbilinin işi üzrə məhkəmə prosesi keçirilib. O, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmə zalında həbs olunub.//Qaynarinfo