Cavanşir Məmmədov canlı yayımda ağladı: "Hələ də paltarını saxlamışam..."

Əməkdar artist Cavanşir Məmmədov ATV telekanalında "Rəngarəng səhər" verilişində anasından danışarkən göz yaşlarını saxlaya bilməyib.

82 yaşında itirdiyi anasından danışan əməkdar artist həyat hekayəsinin bəzi bilinməyən məqamlarından danışıb:

"Anam 32 yaşında olanda atam avtoqəzada vəfat edib. Bir ana bir bala olmuşuq. 82 yaşında vəfat etdi. Bir gün dedim ana, niyə ailə qurmamısan, ömrünü mənə həsr etmisən? Dedi sən başqasına ata deməyəsən deyə. O gündən aramızda o söhbət bağlandı. Həmişə yoldaşımla anam yolumu gözləyərdi, anamın öz otağı var idi. İndi girirəm baxıram, çaşıram elə bilirəm ordadır. İstəyirəm açım qapını deyim necəsən? Amma yoxdur..."

Cavanşir Məmmədov bəzi valideynləri qınayıb:

"İndiki anaları başa düşə bilmirəm. Ana övladını, övladlar ananı necə ata bilir? Hələ də anamın paltarlarını saxlamışam, arada iyləyirəm, qoxusunu alıram. Ayaqqabısını, corabını. Mənə pul vermişdi 50 manat və 1 manat. Bir gün pulum olmasa, dilənsəm də, əsla o pulu xərcləmərəm". (azxeber.com)

19.01.2024 21:13
1866