"Yeni Müsavat" qəzetinin siyasi yazarı, AĞ Partiyanın 104 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Cavanşir Abbaslı imzatoplama kampaniyasını başa vurub.
Partiya başqanı Tural Abbaslının sözçüsü olan deputatlığa iddiaçı bununla bağlı sosial şəbəkələrdə məlumat yayıb.
C.Abbaslı yazır: "2 günə 500 imza. Təşəkkürlər, Gədəbəy.
Dəyərli 104 saylı Gədəbəy seçki dairəsinin seçiciləri, əziz yerlilər, 48 saat ərzində imzatoplama kampaniyamızı uğurla başa vurduq və artıq sənədlərimizi Dairə seçki komissiyasına təqdim edəcəyik. Hər birinizə son iki sutkada göstərdiyi yüksək dəstəyə görə təşəkkür edirəm. Bu bir mərhələdə idi bitirdik, növbəti mərhələmiz təbliğat-təşviqat dönəmi olacaq. Son nöqtəni 1 sentyabrda qoyacağıq.
#Qələbə_bizimlədir".
Musavat.com