Beyaz TV-də yayımlanan Esra Ezmecinin aparıcısı olduğu “Yeni Baştan” proqramında maraqlı anlar yaşanıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, canlı yayıma qoşulan xeyriyyəçi bir izləyici 8 kilo qızılını ehtiyacı olanlara bağışlayıb.
Belə ki, 29 il atasını görməyən Sezer Arslana yardım üçün efirə qoşulan tamaşaçı ona həm ev, həm də iş vəd edib. Alanyadan olan iş adamı Almaniyada biznesinin olduğunu bildirərək Esra Ezmeciyə maraqlı təklif edib. İllərdir qənaət etdiyini deyən iş adamı proqrama 8 kilo qızıl bağışlamaq istəyib.
Həmin görüntüləri təqdim edirik:
Musavat.com