Çanaqqalada meşə yanğını evlərə yaxınlaşdı - VİDEO

Çanaqqalada meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşıb.

Musavat.com xəbər verir ki, Türkiyənin Çanaqqala vilayətində baş verən meşə yanğını yaşayış məntəqələri üçün təhlükə yaradıb.

Rəsmi mənbələrin məlumatına görə, alovlar küləyin təsiri ilə sürətlə yayılıb və bir neçə yaşayış məntəqəsinə yaxın ərazilərə çatıb. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə olunur. Təhlükəsizlik məqsədilə bəzi evlər boşaldılıb. 

 

Musavat.com

08.08.2025 21:41
339