Türkiyəli aktyor Can Yaman ekranlara qayıdır.
Musavat.com xəbər verir ki, Avropada böyük heyran kütləsi olan aktyorun baş rolunu canlandırdığı "El Turco" serialının yayım tarixi bəlli olub.
Ekran işi aprelin 2-də "Gain" platformasında nümayiş ediləcək. C. Yaman serialda 26 yaşlı italiyalı aktrisa Greta Ferro ilə tərəf müqabili olacaq.
Musavat.com