“Çalışmalıyıq ki, dünyasını dəyişmiş insanlar seçici siyahısında olmasınlar” – Zeynal Nağdəliyev

“Biz çalışmalıyıq ki, heç bir dünyasını dəyişmiş insanın seçici siyahılarında adı qalmasın”.

Bunu Prezidentin köməkçisi Zeynal Nağdəliyev bu gün Mərkəzi Seçki Komissiyasında keçirilən müşavirədə deyib.

O bildirib ki, xüsusilə, 44 günlük müharibədə şəhid olanların adlarının siyahıda yer almamasına xüsusi diqqət yetirilməlidir.//bizimmedia

20.12.2023 15:21
615